Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 07:41

Türkiyə Azərbaycanla viza rejimini ləğv etdi


Abdulla Gül bəyan edib ki, «Türkiyə bütün müsəlman və türklər üçün ikinci evə çevriləcək»
Abdulla Gül bəyan edib ki, «Türkiyə bütün müsəlman və türklər üçün ikinci evə çevriləcək»

İyulun 29-da Azərbaycan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistan vətəndaşlarının 30 gündən çox olmamaqla Türkiyəyə gəlişi üçün viza rejimi birtərəfli qaydada ləğv edilib. «AzərTac» xəbər verir ki, qərarı Türkiyə hökuməti verib.


«Rəsmi qəzet»də dərc olunduqdan sonra qüvvəyə minən qərara görə, sözügedən ölkələrin, o cümlədən Azərbaycan vətəndaşları viza almadan maksimum 30 gün müddətinə Türkiyəyə turist səfəri edə biləcəklər.


Bundan az öncə Türkiyənin xarici işlər naziri Abdulla Gül bəyan etmişdi ki, Türkiyə türkdilli ölkələrlə viza rejimini birtərəfli qayda da ləğv etməyə hazırdır.


Gül qeyd edib ki, Gürcüstan, Səudiyyə Ərəbistanı və Küveytin vətəndaşlarına münasibətdə vizasız rejim mövcuddur. «Türkiyə bütün müsəlman və türklər üçün ikinci evə çevriləcək» - deyə Gül əlavə edib.


XS
SM
MD
LG