Keçid linkləri

2025, 19 Fevral, çərşənbə, Bakı vaxtı 04:03

Hökumət QHT-lərə dəstək verəcək


Prezident Sarayı, Bakı
Prezident Sarayı, Bakı

Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi» haqda sərəncam imzalayıb.


Sənəddə nəzərdə tutulur ki, rəsmi qurumlar və QHT-lər arasında münasibətlərin səmərəli sistemi qurulsun, QHT-lər dövlət və cəmiyyətin inkişafı üçün problemlərin həllinə cəlb olunsun, vətəndaş cəmiyyətinin inkişafı sürətləndirilsin.


Sərəncamla Prezidentin İcra Aparatına tapşırılır ki, iki ay müddətində QHT məsələləri üzrə qurumun və QHT-lərə yardım fondunun yaradılmasına dair təkliflər hazırlasın, Konsepsiyanın yerinə yetirilməsinə nəzarət etsin.


Hüquq müdafiəçisi Səidə Qocamanlı «Turan»a müsahibəsində sərəncamın vətəndaş cəmiyyətinin inkişafına yönəldiyini deyir. Amma onun fikrincə, sərəncamın yerinə yetirilməsinə dövlət başçısının yüksək nəzarəti lazımdır:


«Çünki 1998-ci ildə prezident Heydər Əliyev də insan hüquqlarının inkişafı ilə bağlı sənəd imzalamışdı. Həmin sənəddən sonra insan hüquqlarının inkişafı əvəzinə, hökumətin nəzarətində olan qeyri-hökumət təşkilatları şəbəkəsi yarandı. Bu səbəbdən də dövlət başçısı şəxsən nəzarət etməlidir ki, məmurlar sənədin yerinə yetirilməsi zamanı əyintilərə yol verməsinlər», - deyə o qeyd edib.


XS
SM
MD
LG