Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Elmar Məmmədyarov albaniyalı həmkarına narahatlığını bildirib


Elmar Məmmədyarov Albaniyanı Ermənistana silah satmaqdan çəkinməyə çağırıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iyulun 27-də Albaniyanın Xarici İşlər nazirinə müraciət edib. Nazir Albaniyanın Ermənistana silah satması məsələsindən narahat olduğunu deyib. Məmmədyarov Albaniyanı bu addımlardan çəkinməyə çağırıb. Bu barədə «Azadlıq» radiosuna nazirliyin rəsmisi Xəzər İbrahim məlumat verib.


İyulun 26-da Türkiyənin hakimiyyət orqanları Albaniyadan Ermənistana göndərilən silah-sursatın ölkə ərazisindən keçirilməsinin qarşısını alıb. Yük silah ticarəti ilə məşğul olan Albaniyanın MELKO şirkətinə məxsus olub.


Ermənistan isə Albaniyadan silah almasını təkzib edir.


XS
SM
MD
LG