Azərbaycanın hüquq-mühafizə orqanları ölkəyə qanunsuz daxil olan narkotik maddələrin yalnız 10-12 faizini aşkara çıxara bilir. Bu isə çox azdır. Daxili İşlər naziri Ramil Usubov jurnalistlərlə söhbətində belə deyib. O, bəyan edib ki, bu yöndə mübarizəni sərtləşdirmək lazımdır: «Son altı ayda 185 kq qanunsuz narkotik dövriyyədən çıxarılıb. Gəlin görək bu reallığı əks etdirirmi? Yox. Biz, yəni Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Gömrük və Sərhəd xidmətləri birgə fəaliyyət nəticəsində ölkəyə gətirilən narkotik vasitələrin 10-12 faizini tapıb üzə çıxarırıq, yerdə qalanını aşkarlaya bilmirik».
Usubov naroktiklərlə mübarizə məqsədilə Azərbaycanın MDB ölkələri, o cümlədən İran və Əfqanıstanla əməkdaşlıq etdiyini də bildirib: «Əfqanıstanın daxili işlər naziri ilə narkotik maddələrin Əfqanıstan-İran-Azərbaycan və ya Əfqanıstan-Orta Asiya-Azərbaycan marşrutu ilə daşınmasının qarşısını almaq məqsədilə müzakirə aparmışıq».