Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:39

Fərəməz Novruzoğlu vətəndaşlıqdan imtina etmək istəyir


Ədliyyə Nazirliyi həbsdə olan jurnalistin aclığı davam etdirdiyini təsdiqləyir
Ədliyyə Nazirliyi həbsdə olan jurnalistin aclığı davam etdirdiyini təsdiqləyir

«Nota-Bene» qəzetinin redaktoru Fərəməz Novruzoğlu Azərbaycan vətəndaşlığından imtina etmək və İsrail vətəndaşlığını qəbul etmək istəyir. Buna görə də dörd gündür həbsxanada aclıq aksiyası keçirən və ağzını sapla tikən redaktor Ombudsman və İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş tələb edir. Bu haqda «Azadlıq» radiosuna Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov məlumat verib.


İsrailin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib ki, Fərəməz Novruzoğlunun adından anlara heç bir müraciət daxil olmayıb və səfirlik bununla bağlı şərh vermir.


RATİ rəhbəri Emin Hüseynovun sözlərinə görə, artıq iyulun 24-də Ombudsman Aparatının əməkdaşları Fərəməz Novruzoğluna baş çəkiblər.


Eyni zamanda, Azərbaycan İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov, hüquq müdafiəçisi Səadət Bənənyarlı da məhbus jurnalistlə görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət ediblər.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Rafiq Ramazanov jurnalistin aclığı davam etdirdiyini, amma tələblərindən xəbərsiz olduğunu bildirir.


Fərəməz Novruzoğlu Cinayət Məcəlləsirnin 147 (böhtan) və 148 (şərəf və ləyaqətin alçaldılması» maddələri ilə ittiham olunaraq bu ilin yanvarında həbs edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG