Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

Semnebi jurnalistlərin yaxın vaxtda azad olunacağına ümid edir


«Azərbaycanda media nümayəndələrinin professionallığı arzuladığımız səviyyədə deyil»
«Azərbaycanda media nümayəndələrinin professionallığı arzuladığımız səviyyədə deyil»

-Siz Azərbaycanda səfərdə olarkən dediniz ki, həbsdəki jurnalistlərin azad olunmasına ümid edirsiniz. Azərbaycanda belə ümidlər də var idi ki, həmin jurnalistlər iyulun 22-də - Milli Mətbuat günündə azad ediləcək. Amma bu baş vermədi. Siz yenidən buna ümid edirsiniz?


-Mən Azərbaycan rəsmiləri ilə hansısa konkret tarixi və xüsusi detalları müzakirə etməmişəm. Mənim apardığım müzakirələrin mərkəzində bir prinsip dayanırdı-o prinsip ki, Azərbaycanda jurnalistlərin cinayət məsuliyyətinə cəlb edildiyi hallara görə adətən başqa ölkələrdə jurnalistlər həbs edilmir. Və bu həmin jurnalistlərin işinə yenidən baxmaq üçün əsas ola bilər. Mən ümid edirəm ki, bu və ya digər yolla onlar azadlığa çıxacaqlar. Mənim hansısa konkret mövqeyim yoxdur ki, bu hansı yolla baş verməli idi. Amma ümid edirəm ki, bu, mümkün qədər yaxın müddətdə baş verəcək. Mən həm də ümid edirəm ki, Azərbaycan hökuməti və parlamenti müvafiq qanunvericiliyi yenidən nəzərdən keçirəcəklər ki, belə hallar bir daha baş verməsin. Bu məsələnin başqa bir aspekti də var, o da jurnalistlərin məsuliyyətidir. Azərbaycanda media nümayəndələri arasında professionallıq standartlarına uyğunluq bizim arzuladığımız səviyyədə deyil. Media da öz məsuliyyətini dərk etməlidir. Avropa Birliyi bu sahədə treninqlərdə Azərbaycana kömək edə bilər, mən bu məsələni də Bakıda müzakirə etmişəm.


-Jurnalistlər Azərbaycanla Avropa Birliyi arasında yeni qonşuluq siyasəti üzrə fəaliyyət planının təsdiqlənməsindən sonra həbs ediliblər. Belə düşünmək olarmı ki, Avropa Birliyi insan haqları məsələsində Azərbaycana münasibətdə yumşaq mövqe tutur?


-Əvvəla o tam düzgün deyil ki, 7 jurnalistin hamısı fəaliyyət planının təsdiqlənməsindən sonra həbs edilib. «Onların çoxu» demək daha düzgün olardı. Fəaliyyət planının təsdiqi o deməkdi ki, Avropa Birliyi medianın vəziyyəti ilə bağlı məsələni daha yaxından izləyəcək. Çünki media azadlığı və bu sahəni nizamlayan qanunvericiliyin inkişafı artıq bizim birgə prioritetimizdi. Bu elə bir məsələdir ki, Avropa Birliyinin yaxın müttəfiqi olan Azərbaycanda onun əhəmiyyəti bizim üçün getdikcə artır.


-Azərbaycanda belə düşünənlər də var ki, Avropa Birliyi üçün Azərbaycanla əməkdaşlıqda prioritet enerji ehtiyaclarının təmin edilməsidir, demokratiyanın inkişafı yox...


-Azərbaycanla əməkdaşlığın hər iki aspekti əhəmiyyətlidir. Bunların birini o birindən təcrid olunmuş şəkildə uzun müddət ərzində inkişaf etdirmək olmaz. Enerji əməkdaşlığı vacibdir, amma əgər bu inkişaf mülki cəmiyyət institutlarının inkişafı ilə paralel getməsə, onda gec-tez sual altına düşəcək. Biz Azərbaycanla harmonik və qarşılıqlı mənfəət gətirən əməkdaşlığın inkişafında çox maraqlıyıq.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG