Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 09:50

Amerikada miqrasiya idarəsinin keçmiş əməkdaşı rüşvət aldığını etiraf edib


Amerikada miqrasiya idarəsinin keçmiş əməkdaşı məhkəmədə etiraf edib ki, miqrantlardan rüşvət alıb və onların Amerika pasportu almasına kömək eləyib. 59 yaşlı Cimi Ortega deyib ki, Nyu-Yorkda azı 10 mühacirdən 1.500-dən 4.000 dollaradək rüşvət alıb. İngilis dilini pis bilən bu miqrantlar vətəndaşlıq üçün vacib müsahibədə iştirak edə bilməyiblər. Buna baxmayaraq sonradan bu şəxslərə Amerika vətəndaşlığı verilib.


Cimi Ortegaya 30 illik həbs cəzası verilə bilər. Ona rüşvət verən miqrantlar da məhkəməyə çəkilirlər. Ancaq onların hansı ölkələrdən olması açıqlanmır.


XS
SM
MD
LG