Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:16

«Kaş Allah bizə neft-qaz yox, bir az ağıl verəydi»


«Ziyalılarımız nə düşünür: neft gəlirlərini hara xərcləyək» mövzusunda dəyirmi masa keçirilib
«Ziyalılarımız nə düşünür: neft gəlirlərini hara xərcləyək» mövzusunda dəyirmi masa keçirilib

«Alim ayda 200 manat alır, restoran müğənnisi bir gecəyə 500 manat». Bu fikir «Ziyalılarımız nə düşünür: neft gəlirlərini hara xərcləyək» mövzusunda keçirilən dəyirmi masada səslənib. «525» yazır: «Bəstəkar Oqtay Rəcəbovun fikrincə, mövcud problemlərin bir qismi bilərəkdən, bir qismi isə bilməyərəkdən həll edilmir: «Xalq təkcə neftlə dolanmır, neft 20-25 ildən sonra olmayacaq. Hərdən fikirləşirəm ki, kaş Allah bizə neft-qaz yox, bir az ağıl verəydi. Baxın, yaponların nə nefti var, nə qazı, nə də başqa təbii sərvəti. Amma onların ağlı var və o ağlın gücünə dünyaya liderlik edəcək səviyyədədirlər. Alim ayda 200 manat alır, restoranda oxuyan müğənni bir gecədə minimum 500 manat qazanır. Böyük dövlətlər kimin hesabına inkişaf edir? Təbii ki, alimlərin, ağıllı adamların. Elə etməliyik ki, 25 ildən sonra başımızı tutmayaq».


«Qərb Qarabağdakı «seçkilər»ə gizli dəstək verir»- «Yeni Müsavat» qəzetinə müsahibəsində politoloq Vəfa Quluzadə belə deyib.


«Qərb istəyir ki, Dağlıq Qarabağı Ermənistana qurban versin. Heç Rusiyanın da mövqeyi belə deyil. Ötən illər ərzində məhz Rusiyanın sayəsində ermənilər Dağlıq Qarabağa de-yure yiyələnməyə nail olmayıblar. Rusiya hətta ermənilərin xeyrinə olan sülhü də istəmir. Qərb isə nəyin bahasına olursa-olsun, sülhün əldə edilməsinə çalışır və tərəflərə «gedin dil tapın» deyir. Sülh isə Dağlıq Qarabağın ermənilərə veriləcəyi təqdirdə mümkündür». Vəfa Quluzadənin müsahibəsi «Yeni Müsavat»ın 9-cu səhifəsində yer alıb.


Rövşən Novruzoğlu «mülk dosyesi»nin güdazına gedib- politoloq Rövşən Novruzoğlunun həbsi ilə bağlı «Yeni Müsavat»ın versiyası belədir.


Qəzet yazır ki, Rövşən Novruzoğlunu de-yure bu ittihamla tutsalar da, əslində onun həbsinin arxasında başqa məqamlar da dayanıb. Hansı ki, onun bu hərəkətlərini rəsmişlədirmək mümkün olmayıb. «Rövşən Novruzoğlu əksər oliqarx-məmurların villalarının və digər mülklərinin şəklini çəkib və konkret ünvanlarını öyrənib. Mülkləri aşkarlanan məmurlar arasında güc nazirləri də olub. Yəni o, məmurların «mülk dosyesi»ni hazırlayıbmış. Rövşən Novruzoğlu hətta «mülk dosyesi»ni satmaq üçün qəzetlərdən birilə bazarlıq etmək üçün danışıqlar da aparıbmış. Ekspert bir neçə yerdə açıq şəkildə deyibmiş ki, yaxın vaxtlarda məmurların mülklərinin siyahısını açıqlayacaq. Bundan xəbər tutan hüquq-mühafizə orqanları Rövşən Novruzoğlunun həbsinə qərar veriblər».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG