Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:07

Bakı-Qars-Axalkalaki dəmiryolu layihəsiylə bağlı son detallar müzakirə edilib


Bakı-Qars-Axalkalaki dəmiryolu layihəsiylə bağlı İşçi Qrup Gürcüstanın maliyyələşməsiylə bağlı son detalları müzakirə edib.


Bu barədə «Azadlıq» radiosuna Nəqliyyat Nazirliyinin əməkdaşı Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, avqustda Qars-Axalkalaki dəmiryolunun tikintisi üçün tender elan olunacağından toplantıda bütün suallara cavab tapmağa çalışılıb.


N.Həsənov onu da deyir ki, sovet dövründə tikilən və eni beynəlxalq ölçülərə uyğun gəlməyən reyslərin dəyişməsi gündəmdədir. Amma bu prosesə ölkəyə sürət qatarlarının gətirilməsi qərarı veriləndən sonra başlana bilər.


200 milyon dollar civarında dəyərləndirilən Bakı-Qars-Axalkalaki dəmiryolu layihəsi üçün Azərbaycan Gürcüstana 25 illiyinə 90 milyon dollarlıq güzəştli kredit ayıracaq.


XS
SM
MD
LG