Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 19:27

Türkiyə də Qarabağdakı seçkiləri pisləyir


Türkiyə bu seçkiləri BMT Təhlükəsizlik Şurasının qərarlarına qarşı hörmətsizlik sayır
Türkiyə bu seçkiləri BMT Təhlükəsizlik Şurasının qərarlarına qarşı hörmətsizlik sayır

«Türkiyə Azərbaycanın siyasi birliyinə, müstəqillyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu addımı qınayır, qeyri-qanuni saydığı prezident seçkilərinin beynəlxalq hüquqla heç bir bağlılığı olmayacağını və bu seçkiləri tanımayacağını bildirir».


Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda keçiriləcək seçkilərlə bağlı yaydığı bəyanatdandır. Bəyanat «Media forum» saytına Türkiyənin Azərbaycandakı səfirliyindən təqdim olunub.


Sənəddə vurğulanır ki, 2006-ci il dekabrın 10-da Dağlıq Qarabağda keçirilən referendum beynəlxalq hüquqa zidd olduğu kimi, bu il iyulun 19-da keçiriləcək seçkilər də beynəlxalq hüquqa ziddir. Türkiyə bu seçkiləri BMT Təhlükəsizlik Şurasının qərarlarına və ATƏT ölkələrinə qarşı yönəlmiş açıq hörmətsizlik sayır.


Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların aparıldığını xatırladan Türkiyə Xarici İşlər Nazirliyi bəyan edir ki, danışıqların davam etdiyi bir vaxtda prezident seçkilərinin keçirilməsi sülh yaratmaq səylərini heçə endirir.


Bundan əvvəl bir sıra beynəlxalq təşkilatlar da Qarabağdakı seçkiləri pisləyən bəyanatlar yayıblar.


İyulun 19-da Dağlıq Qarabağda prezident seçkiləri keçirilməlidir.


XS
SM
MD
LG