Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:37

Regional Apellyasiya Məhkəmələri fəaliyyətə başlayıb


İyulun 16-da Gəncədə Regional Apellyasiya Məhkəməsi fəaliyyətə başlayıb. Ali Məhkəmənin sədr müavini Hacıbala Sadıxov bildirib ki, 18 rayonu əhatə edəcək bu instansiya bölgə əhalisinin şikayətlərinə vaxtında və keyfiyyətli baxılmasına imkan yaradacaq.


Məhkəmədə 14 hakimin çalışması nəzərdə tutulur. Hələlik 6 hakim təyin olunub. Ölkə başçısının fərmanıyla isə Ali Məhkəmənin keçmiş hakimi Rafiq Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib.


İyulun 16-da həmçinin Bakı, Sumqayıt, Əli-Bayramlı və Şəkidə də apellyasiya məhkəmələri fəaliyyətə başlayıb.


XS
SM
MD
LG