Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:08

Təbrizin infrastrukturu təhlükədədir


Şəhər ətrafındakı gecəqonduların genişlənməsi də Təbrizin gələcəyini ciddi təhlükəyə salır
Şəhər ətrafındakı gecəqonduların genişlənməsi də Təbrizin gələcəyini ciddi təhlükəyə salır

Təbrizin meri Əlirza Novin şəhərin infrastrukturunun üçdə bir hissəsinin bərbad vəziyyətdə olduğunu bildirib. Təbrizin əhali sayının gecə vaxtı bir milyon yarım olduğunu bildirən cənab Novin, bunun gündüz saatlarında bir milyon 700 minə yüksəldiyini söyləyib. O, Şəhər İdarə Şurasının 12 iyul iclasına verdiyi hesabatda qeyd edib ki, hazırda bu sayda insanın gediş-gəlişini təmin etmək üçün kifayət qədər yol və nəqliyyat imkanları mövcud deyil və şəhərin gündə 1200 tona yüksələn zibil tullantısını yığmağa vəsait yoxdur.


İranın rəsmi İRNA xəbər agentliyi cənab Novinin sözlərinə istinad edərək bildirir ki, sanitariya, tıxac və havanın çirklənməsi problemlərinin fonunda əhali sayının nəzarətsiz artması və şəhər ətrafındakı gecəqonduların genişlənməsi də Təbrizin gələcəyini ciddi təhlükəyə salır.


Həmin iclasda çıxış edən Təbrizin fərmandarı (icra hakimiyyətinin məntəqədəki başçısı) Məhəmmədli Zəbihiyan isə gecəqondu probleminin çıxılmaz vəziyyətdə olduğunu söyləyib.


İranın rəsmi mənbələrinə əsasən , Təbriz əhalisinin 400 mini qeyri-qanuni tikilmiş gecəqondularda yaşayır və əhali sayının nisbəti baxımından Təbriz şəhəri ölkənin ən yüksək gecəqondu sakininə malikdir. Bu isə birbaşa yoxsul kənd əhalisinin şəhərə mühacirətinin artması ilə bağlıdır.


Başqa xəbərdə isə mərkəzi Təbriz olan Şərqi Azərbaycan vilayətinin müxtəlif dövlət idarələri və yerli şuralarından yüksək səlahiyyətli 12 nümayəndənin istefa verdiyi bildirilir. Bu haqda iyunun 14-də məlumat yayan FARS xəbər agentliyinin yazdığına görə, onlar parlament seçkilərinə hazırlıq görmək üçün vəzifələrini tərk ediblər. Sözügedən seçkilər isə 2008-ci ilin mayında keçirilməlidir.


XS
SM
MD
LG