Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 23:35

«Azərbaycan və Gürcüstan əməkdaşlığı strateji xarakter daşıyır»


Görüş zamanı Dağlıq Qarabağ, Abxaziya və Osetiya münaqişələrinə də toxunulub
Görüş zamanı Dağlıq Qarabağ, Abxaziya və Osetiya münaqişələrinə də toxunulub

«Azərbaycan və Gürcüstan əməkdaşlığı strateji xarakter daşıyır. Biz bütün beynəlxalq tədbirlərdə eyni mövqedən çıxış edirik. Problemlər oxşardır. Ona görə də, əlaqələri daha da dərinləşdirmək, regionda təhlükəsizliyin qorunması və dövlətlərimizin ərazi bütövlüyünü bərpa etmək istiqamətində səylərimizi birləşdirməliyik». İyulun 13-də Bakıda Gürcüstanın Müdafiə naziri David Kezaraşvilini qəbul edən Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev belə deyib.


Gürcüstanın Müdafiə naziri David Kezaraşvili iyulun 12-də iki günlük səfərlə Bakıya gəlib. Hər iki ölkənin Müdafiə nazirlərinin görüşünün əsas məqsədi birgə əməkdaşlıq məsələlərinin müzakirəsi olub.


Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna deyib ki, görüş zamanı Dağlıq Qarabağ, Abxaziya və Osetiya münaqişələrinə də toxunulub.


David Kezaraşvili iyulun 14-də ölkəsinə qayıdır.


XS
SM
MD
LG