Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 12:41

«Gündəlik Azərbaycan» qəzetinin daha üç əməkdaşı MTN-də dindirilib


İyulun 12-də «Gündəlik Azərbaycan» qəzetinin redaktor müavini Famil Cəfərli, müxbirlər Nemət Hüseynli və Aynur Elgünəş Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindiriliblər. Hər üç jurnalistə qəzetin fəaliyyəti, dərc edilən yazılar və s. barədə suallar verilib.


İndiyə qədər «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin əksər əməkdaşları MTN-də dindirilib.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladzenin iddiası ilə aprelin 20-də böhtan atmaqda ittiham olunaraq iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan isə ona qarşı Cinayət Məcəlləsinin 214.1. (terrorla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. Hazırda baş redaktor MTN-in təcridxanasında saxlanır. Onun həbsindən sonra sahibi olduğu qəzetlər fəaliyyətini dayandırıb. Qəzetlərin 20-dən çox əməkdaşı isə Azərbaycandakı xarici ölkə səfirliklərindən və beynəlxalq qurumlardan siyasi sığınacaq istəyib.


XS
SM
MD
LG