Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:37

ORT-nin Azərbaycanda yayımı dayandırıldı


Rusiyanın Azərbaycanda yayımlanan daha bir kanalı dayandırıldı
Rusiyanın Azərbaycanda yayımlanan daha bir kanalı dayandırıldı

İyulun 11-i gecə saat 24:00–dan etibarən Rusiyanın ORT telekanalının Azərbaycanda yayımı dayandırılıb.


Bu barədə qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) iki gün əvvəl keçirdiyi toprlantıda qəbul edilib. Şurada Türkiyənin «Samanyolu» (STV) telekanalının yayımlandığı tezliyə müsabiqənin elan olunması da qərara alınıb. Müsabiqə müddəti başa çatanadək isə bu kanalın yayımı davam edəcək.


Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı aparılan hökumətlərlarası danışıqlar başa çatmadığından MTRŞ Rusiyanın «RTR-Planeta» kanalının Azərbaycana məxsus tezliklərdə yayımının daha bir ay uzadılmasına qərar verib.


Nəzərdə tutulan müddətdə AzTV-nin Rusiyada yayımı təmin olunmasa, «RTR-Planeta»nın Azərbaycanda yayımının dayandırılması məsələsinə baxılacaq.


XS
SM
MD
LG