Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:40

Heydər Babayev ikirəqəmli inflyasiyadan qorxmur


Babayev deyir ki, dövlət xərcləri bu il 70 faiz artaraq 7,5 milyard dollara çatacaq
Babayev deyir ki, dövlət xərcləri bu il 70 faiz artaraq 7,5 milyard dollara çatacaq
«Azərbaycanda iqtisadi artım bu il daha da inkişaf edərək rekord 36 faizə çatacaq». Bunu «Reuters» Agentliyinə müsahibəsində Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayev deyib:

«Düşünürəm ki, bu il bizdə artım 35-36 faiz olacaq. Bu cür sürətli artıma baxmayaraq, ilin sonuna birrəqəmli inflyasiyaya nail olmalıyıq, amma mən ikirəqəmli inflyasiyadan qorxmuram».

2005-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul 26,4 faiz, ötən il isə 34,5 faiz artıb.


Neft pullarının qəfil axını Azərbaycanın «holland sindromu»na tutulacağı haqda narahatlıq yaradıb.


Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, Azərbaycanda inflyasiya bu il güman ki, 20 faizi keçəcək.


Heydər Babayev bu cür ehtimalları rədd edir. Onun fikrincə, Azərbaycan unikal bir vəziyyətdədir: «Biz hollandlar deyilik. Onlar sıfırdan başlamayıblar, onların torpaqları zəbt edilməyib, bir milyon qaçqını olmayıb».


Nazir bildirib ki, Azərbaycanda «holland sindromu» olmayacaq: «Bizdə sabit iqtisadi inkişaf başlayanda, bu, özünü daha bariz göstərəcək».



Babayev deyib ki, dövlət xərcləri bu il 70 faiz artaraq 7,5 milyard dollara çatacaq. Bu pullar qismən infrastrukturun inşasına və ordunun möhkəmləndirilməsinə sərf olunacaq: «Bizim vəziyyətdə, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda ölkəmizin müdafiəsi haqqında düşünməmək cinayət olardı».


İqtisadi İnkişaf naziri deyib ki, 2007-ci ildə məktəb, yol, xəstəxana və başqa investisiya proqramlarına təxminən 2 milyard dollar xərclənəcək.


Rəsmi statistikaya əsasən, Azərbaycanın səkkiz milyonluq əhalisinin 20 faizi yoxsulluq həddində yaşayır. Hərçənd, müstəqil təhlilçilər bu rəqəmin iki dəfə çox olduğunu deyirlər.


«Transparency International» beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanı biznes qurmaq üçün dünyanın «ən çirkli» ölkələrindən biri sayır. 2006-cı ildə dünya miqyasında korrupsiyanın vəziyyəti haqda hesabatda Azərbaycan, Efiopiya, Burundi və Zimbabve ilə bir - 130-cu sırada qərarlaşıb.


Azərbaycanda korrupsiyanın vəziyyəti haqda suala Babayevin cavabı belə olub: «Korrupsiya harada yoxdur ki! Ola bilsin, bizdə bir az çoxdur».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG