Türkiyədə iyulun 2-də «Aqos» qəzetinin baş redaktoru, erməni əsilli jurnalist Hrant Dinkin qətli ilə bağlı məhkəmə prosesi başlayır.
O, bu ilin yanvarın 19-da İstanbulda öldürülüb. Dink öz məqalələri ilə radikal türk millətçilərində qəzəb doğururdu. Həmin yazılarında o, 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi qətliam olunduğunu iddia edərək Türkiyəni bu məsuliyyəti öz üzərinə götürməyə çağırırdı.
Dinkin qətlini 17 yaşlı yeniyetmə boynuna alıb. Bir neçə yoldaşı ilə birlikdə o, məhkəmə qarşısında duracaq.