Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:53

Müsavat prezidenti nəticələri öncədən düşünülməmiş addımlardan çəkinməyə çağırır


«Polad Bülbüloğlunun Qarabağ səfəri separatçıların Azərbaycan hökuməti tərəfindən tanınması deməkdir»


Müsavat Partiyasının Məclisi ziyalıların Qarabağ səfərini pisləyən bəyanat yayıb.


Müsavat Partiyası iyunun 30-da bəyan edib ki, Azərbaycan - Ermənistan münaqişəsinin dinc yolla həllinə tərəfdardır. Hesab edir ki, danışıqlar imkanı hələ bitməyib: «Amma prezident İlham Əliyev ardıcıl xarici siyasət aparmalı, nəticələri öncədən hərtərəfli düşünülməmiş addımlar atmaqdan çəkinməli və münaqişənin həlli ilə bağlı yeni yanaşması varsa, bu barədə ictimaiyyətə açıqlama verməlidir».


Azərbaycan və Ermənistan ziyalılarından ibarət bir qrup iyunun 28-də Dağlıq Qarabağ və Ermənistanda olub, daha sonra Bakıda prezident İlham Əliyevlə görüşmüşdülər.


ABŞ-ın Azərbaycandakı səfirliyi ziyalıların bu səfərini müsbət dəyərləndirib, onun münaqişənin dinc yolla həllinə xidmət edəcəyini deyib.


Ziyalılar özləri və Azərbaycan hakimiyyəti bu cür qarşılıqlı səfərlərin xalqlar arasında inamı bərpa edəcəyini deyir.


XS
SM
MD
LG