Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:47

«ABŞ Azərbaycan və Ermənistan ziyalılarının səfərini müsbət qiymətləndirir»


«Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan ziyalılarının səfər mübadiləsini çox müsbət qiymətləndirir. Biz hesab edirik ki, bü ölkələr arasında daha çox təmas nöqtələri olmalıdır». ANS TV-nin məlumatına görə, bunu Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin informasiya şöbəsinin müdiri Conatan Henik bəyan edib. Onun sözlərinə görə, bu cür səfərlər və jurnalistlər arasında əlaqələr münaqişə ətrafında gərginliyi azaldır, tərəflərin problemi sülh yolu ilə həll etməsinə yardım göstərir. Diplomat bildirib ki, bu görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmayıb, bununla belə bu atdım tərifə layiqdir.
XS
SM
MD
LG