Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

Avropa İttifaqından bəzi məmurlara qarşı sanksiya tətbiq etmək xahiş edilir


İki həftə əvvəl oxşar müraciət Avropa Şurasının baş katibi Terri Devisə də ünvanlanmışdı
İki həftə əvvəl oxşar müraciət Avropa Şurasının baş katibi Terri Devisə də ünvanlanmışdı

Bir qrup QHT və KİV rəhbəri Avropa İttifaqını mətbuatın bağlanmasında və jurnalistlərin təqibində daha fəal olan yüksək rütbəli dövlət məmurlarına qarşı müəyyən (Avropa İttifaqına səfər vizalarının məhdudlaşdırılması kimi) sanksiyalar tətbiq etməyə çağırıb.


«Turan»ın məlumatına görə, iyunun 25-də Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə müvafiq müraciət Avropa Birliyinə sədrlik edən Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmayerə, Avropa Birliyinin komissarı Benita Ferroro-Valdnerə və Avropa Birliyinin Cənübi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebiyə göndərilib.


Müraciətdə deyilir ki, Azərbaycanda azad mətbuat və jurnalistlərin təhlükəsizliyi sahəsində kəskin vəziyyət mövcuddur:


«Yeddi jurnalist böhtan və təhqir daxil olmaqla müxtəlif ittihamlarla həbsxanadadır. Daha 10 jurnalist eyni ittihamlarla şərti cəzaya məhkum olunub. Jurnalistlərə qarşı hücum faktları araşdırılmır, günahkarlar cəzalandırılmır. Son aylar jurnalistlərə qarşı repressiyalar güclənib. Jurnalistlərə qarşı güc tətbiq etmiş heç bir polis cəzalandırılmayıb».


Müraciətdə bildirilir ki, hakimiyyətə sərf etməyən KİV-lər binalarından köçürülür və ləğv edilirlər. 2006-cı ilin yanvarından 2007-ci ilin mayınadək 15 məhkəmə iddiası əsasında çıxarılan məhkəmə cərimələrinin ümumi məbləği 500 min manatdan çox olub.


Müraciət müəllifləri Avropa Birliyindən Azərbaycan hakimiyyətindən istisnasız bütün jurnalistlərin azad edilməsini, Cinayət Məcəlləsindən 147 və 148-ci (böhtan və təhqir) maddələrinin sözsüz çıxarılmasını və «Diffamasiya haqqında» qanunun təcili qəbul olunmasını tələb etməyi xahiş edirlər.


Eyni zamanda, jurnalistlərin təqib edilməsində və KİV-lərin bağlanmasında xüsusi fərqlənmiş yüksək vəzifəli dövlət məmurlarına qarşı sanksiyalar qəbul etmək xahiş edilir. İlk növbədə, bu məmurlar arasında Daxili İşlər naziri Ramil Usubovun adı çəkilir: «Bu məmur jurnalistlərə qarşı 11 iddia ərizəsi ilə çıxış edərək, onlardan dördünə şərti iş kəsdirib, birini isə azadlıqdan məhrum etməyə müvəffəq olub».


Məmurlar siyahısında həmçinin Baş prokuror Zakir Qaralovun, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Ədliyyə naziri Fikrət Məmmədovun, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun və millət vəkili Cəlal Əliyevin də adı var.


Müraciətdə sanksiya tətbiq edilməsi istənilən məmurlar arasında bir sıra hakimlərin də adları sadalanır. Bunlar Nərimanov Rayon Məhkəməsinin hakimi Müslum Əliyev, Səbail Rayon Məhkəməsinin hakimi Yusif Kərimov, Yasamal Rayon Məhkəməsinin hakimləri Məlahət Abdulmanafova və İsa İsmayılov, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Azər Orucov, Apellyasiya Məhkəməsinin hakimləri Mirpaşa Hüseynov, Lətif Nəbiyev və Həmid Həmidov, Ali Məhkəmənin hakimi Nəriman Hüseynovdur.


İki həftə əvvəl oxşar müraciət Avropa Şurasının baş katibi Terri Devisə də ünvanlanmışdı.


Prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov «Azadlıq» radiosuna müsahibəsində deyib ki, həmin müraciəti imzalayanların vətənpərvərlik hissləri yoxdur: «Məmurların xarici öləkələrə səfərləri Azərbaycan xalqına xidmət üstündə qurulub».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG