Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:03

YUNESKO BMT-nin ümumdünya mədəni irsinin siyahısını hazırlayır


YUNESKO-nun Yeni Zelandiyada keçirilən toplantısında BMT-nin ümumdünya mədəni irsi siyahısına daxil edilməyə layiq dünya obyektlərinin siyahısı müzakirə olunur

Siyahı 1972-ci ildən tərtib olunur və mütəmadi yenilənir. Hazırda siyahıda 830 obyekt adı var, indi bu hüquqa 39 dövlət ərazisində olan daha 49 obyekt iddia edir.


Onlar arasında Peruda inklərə məxsus Maçu-Pikçu qala-şəhəri, Korfu yunan adası, Fransada Bordo şəhəri, Cənubi Koreyada Cecu-do vulkan adası, Sidney Opera Teatrı və Serbiyada qədim Qamziqrad Romuliana şəhərinin yeri də var.



Gözlənilir ki, toplantıda İsrailin Qüdsdəki «əl-Aksa» məscidi yaxınlığında apardığı qazıntılara, habelə, dünya irsi obyektlərinin qlobal iqlim dəyişikliklərindən mühafizəsinə dair vahid mövqe hazırlanacaq.



«Greenpeace» və «İqlim Ədaləti Proqramı» da daxil olmaqla, ekoloji təşkilatlar YUNESKO-ya bu dəyişikliklərlə əlaqədar təhlükə ilə üzləşən yerlərin siyahısını təqdim edib.


Siyahıya o cümlədən, Himalaydakı Everest zirvəsi və Avstraliyanın şimal-şərq sahillərindəki Böyük Sədd Rifi də daxil edilib.


XS
SM
MD
LG