MDB ölkələrinin çoxunda mediaya yeni nəzarət formaları üzə çıxıb, müstəqil xəbər mediası daha çox məhdudlaşdırılır. Bu barədə «Freedom House» insan haqları təşkilatının iyunun 21-də açıqladığı yeni hesabatında bildirilir.
Hesabat «MDB-də senzuraya qayıdış» adlanır. Sənəddə göstərilir ki, keçmiş Sovet İttifaqında müasir senzura modeli işləyir, mediaya dövlətin şərait yaratdığı oliqarxiya nəzarət edir. Prezident ailələri yayım şirkətlərini inhisara alıblar, qanuni təqib, qorxudulmanın açıq və gizli formalarından istifadə olunur.
«Freedom House» iddia edir ki, 12 postsovet ölkəsindən 10-u azad olmayan ölkələrdir. Onlardan heç biri daha çox azadlıq yolunda irəliləmir, əksinə geri gedir.