Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:34

Hüseyn Abdullayevin deputat səlahiyyətlərinə xitam verilib


Deputat Hüseyn Abdullayevin səlahiyyətlərinə xitam verilib. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iyunun 21-də Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib ki, millət vəkili Abdullayev barəsində ittiham hökmü çıxarılan vaxtdan o, deputatlıqdan məhrum edilib.


Mirzəyevin sözlərinə görə, Seçki Məcəlləsində qeyd olunub ki, deputat barəsində ittiham hökmü çıxarılarsa, onun deputat səlahiyyətlərinə xitam verilməsinə dair məhkəmə qərar qəbul edir: «Abdullayev barəsində məhkəmənin belə bir qərarı var. O, məhkəmənin hökmü ilə bağlı apellyasiya şikayəti verməyib və onun deputat səlahiyyətlərinə xitam verilib»-deyə Mirzəyev qeyd edib.


XS
SM
MD
LG