Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:53

«GUAM-ın uzunömürlü olmayacağı barədə proqnozlar özünü doğrultmadı»


GUAM sammitində iştirak etmək üçün Bakıya gəlmiş Gürcüstan prezidenti Mixail Saakaşvili bu regional təşkilatın nüfuzunun artdığını bəyan edib.


«Keçirilən sammitin böyük əhəmiyyəti var. Və burada Avropa Birliyi ölkələrinin və digər tərəfdaşlarımızın GUAM-a marağı və onunla əməkdaşlıq etmək istəyi açıq-aşkar göründü» deyə, Saakaşvili bildirib.


«Sammitdə Latviya, Polşa, Rumıniya, Bolqarıstan, Avstriya, ABŞ, Yaponiya və digər ölkələrin nümayəndələri iştirak edirlər. Bu təkcə onların marağının deyil, həm də bu regional təşkilatın uzunömürlü olmayacağı barədə proqnozların özünü doğrultmadığının göstəricisidir» deyə, Saakaşvili bildirib. Xəbəri «Novosti-Azerbaydjan» yayıb.



XS
SM
MD
LG