Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 22:48

Mövlana Rumi Azərbaycan dilində


YUNESKO tərəfindən 800 illik yubileyi ilə əlaqədar 2007-ci il «Rumi İli» elan olunub
YUNESKO tərəfindən 800 illik yubileyi ilə əlaqədar 2007-ci il «Rumi İli» elan olunub

Azərbaycan oxucuları əsərləri «sufizm ensiklopediyası» adlanan məşhur mütəfəkkir Mövlana Ruminin «Məsnəvi»sindən seçmələrlə ana dilində tanış olmaq imkanı qazanıb. Yazıçı Uğurlu Fəxrinin tərcüməsində təqdim edilən «Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si adlı kitabda oxucular filosofun əsərləriylə yanaşı həyat və yaradıcılığı ilə də tanış ola bilərlər.


Kitabda həmçinin «Oğuznamələr»in uyğur variantı və bir neçə xarici ölkə yazıçılarının əsərlərindən tərcümələr də yer alıb.


Kitabı «Qanun» nəşriyyatı çap edib.


YUNESKO tərəfindən 800 illik yubileyi ilə əlaqədar 2007-ci il «Rumi İli» elan olunub.


XS
SM
MD
LG