Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 07:29

Bağdad və Bəsrədə gündüz vaxtı komendant saatı ləğv edilib

Bağdad və Bəsrənin küçələrində yenidən piyadalar və avtomobillər görünməyə başlayıb. İyunun 17-dən hər iki şəhərdə gündüz vaxtı komendant saatı ləğv olunur.

Əhalinin və nəqliyyatın hərəkətinə məhdudiyyətlər iyunun 13-də Samirə şəhərində törədilən terror aktından sonra qoyulmuşdu.


Samirədə şiələrin əsas ziyarətgahlarından olan Qızıl məscidin iki minarəsi dağıdılmışdı. Hücumu «əl-Qaidə» yaraqlılarının həyata keçirdiyi ehtimal olunur.


Bundan əvvəl isə, fevral ayında həmin məscidin günbəzi dağıdılmışdı. Bundan sonra şiələr və sünnilər arasındakı zorakılıq aktları artıb, indiyədək davam edir.


XS
SM
MD
LG