Avropa Telekommunikasiya Araşdırmaları Mərkəzinin 27 ölkədə keçirdiyi genişmiqyaslı sorğunun nəticələrinə görə, hazırda Azərbaycanda yetkinlik yaşına çatmış vətəndaşların 76 faizinin mobil telefonu var. Onların 25 faizi iki, 11 faizi isə üç telefon sahibidir.
Telefonların yaş qrupu üzrə paylanmasına gəlincə, əsas yeri 16-29 yaşlılar tutur. 16 yaşına çatmamış əhalinin 45 faizi, yaşı 65-i keçmiş adamların isə 26 faizi mobil telefondan istifadə edir. İstifadəçilərin 57 faizi kişi, 43 faizi isə qadındır.
«Media Forum»un məlumatına görə, istifadəçilərin yalnız 38 faizi telefondan rabitə vasitəsi kimi, 28 faizi SMS mesajlaşma, 12 faizi fotoşəkil çəkmə, 7 faizi isə videoçəkiliş aparmaq üçün faydalandığını bildirib.