Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 07:08

İmzatoplama kampaniyası başa çatdı


«Jurnalistlər geri çəkilməsələr, mübarizəni davam etdirsələr, nəticə əldə edə biləcəklər»
«Jurnalistlər geri çəkilməsələr, mübarizəni davam etdirsələr, nəticə əldə edə biləcəklər»

Ölkədə azad mətbuata hakimiyyətin təzyiqlərinin qarşısını almaq üçün iyunun 8-dən başlanan imzatoplama kampaniyasına yekun vurulub. Aksiya vətəndaş cəmiyyəti təmsilçilərinin təşəbbüsü ilə keçirilib.


Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutundan bildiriblər ki, imzalarla təsdiqlənmiş təkliflər paketi 1500-ə qədər beynəlxalq quruma göndərəcəklər. Həmin qurumlar sırasında Avropa Şurası, Avropa Birliyi, ATƏT-də var.


Aksiyanın təşəbbüskarlarından biri, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev əmindir ki, bununla beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan mediasının problemlərinə yönəldə biləcəklər. Mehman Əliyev deyir ki, imzatoplama kampaniya kimi səmərəli üsuldur, o, inanır ki, jurnalistlər geri çəkilməsələr, mübarizəni davam etdirsələr, nəticə əldə edə biləcəklər.


Jurnalistlər həm də istəyirlər ki, Azərbaycanda auditoriyanın hüquqları müdafiə olunsun: «İndi televiziya auditoriyası balanslı xəbərə həsrətdir, adamların peşəkar məlumat almaq hüququ kütləvi qayda da pozulur».


Mehman Əliyev deyir ki, Mətbuat Şurası nüfuzdan düşüb, iflic vəziyyətindədir, onun idarə olunması hakimiyyətin nəzarətindədir.


XS
SM
MD
LG