Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:33

NATO-nun Baş katibi Qəbələ RLS-lə bağlı tələsməməyi məsləhət görür


«Məncə, Azərbaycan radarının bu təhlükələrə cavab verib-verməyəcəyindən danışmaq hələ tezdir»
«Məncə, Azərbaycan radarının bu təhlükələrə cavab verib-verməyəcəyindən danışmaq hələ tezdir»

NATO-nun Baş katibi Yap de Hoop Sxeffer deyir ki, Azərbaycan təcrid olunmuş «inadcıl» ölkələrə yaxın olduğundan Qəbələ Radiolakasiya Stansiyasından (RLS) Amerika və Rusiyanın birgə istifadəsi barədə fikir yürütmək hələ tezdir. Yap de Hoop Sxeffer iyunun 8-də Brüsseldə təhlükəsizlik konfransında danışıb: «Məncə, Azərbaycan radarının bu təhlükələrə cavab verib-verməyəcəyindən danışmaq hələ tezdir. Bu sistem müzakirə etdiyimiz təcrid ölkələrinə bir az yaxındır».



Rusiya ABŞ-a təklif edib ki, Azərbaycandakı Qəbələ Radiolakasiya Stansiyasından müştərək istifadə etsinlər. Bu, Amerikanın Şərqi Avropada radar yerləşdirmək planına alternativdur. Prezident Vladimir Putin bunu «Böyük Səkkizliyin» sammitində amerikalı həmkarı Corc Buşla görüşəndən sonra deyib.



Putindən əvvəl Corc Buş bildirib ki, Rusiyanın prezidenti bəzi maraqlı təkliflər verib, onlar bu məsələnin müzakirəsini gələn ayın 1-də Amerikada, Meyndə davam etdirəcəklər.



Amerika istəyir ki, Şərqi Avropada- Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemi yerləşdirsin. Rusiya planın əleyhinə çıxır. Amerika isə bildirir ki, məqsədi Şimali Koreya və İran kimi ölkələrdən qorunmaqdır.



Azərbaycan isə Qəbələ RLS-dən müştərək istifadəylə bağlı danışıqlara hazırdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG