Hüquq müdafiəçiləri Rusiyada milli ədavət zəminində cinayətlərin sayının artmasından narahatdırlar.
Xəsarət alanlar əsasən, Azərbaycan, Özbəkistan, Ermənistan, həmçinin Afrika ölkələrinin vətəndaşlarıdır.
İnsan haqları üzrə Moskva Bürosunun direktoru Aleksandr Brodun dediyinə görə, bu cür cinayətlərin ən çoxu Moskvada, Sankt-Peterburqda və Nijni-Novqorod vilayətində törədilir.