Adəti üzrə Avropada futbol mövsümü başa çatan kimi, müxtəlif media vasitələrində oyunçuların keçidi barədə çoxlu fərziyyələr peyda olub. Son məlumatlardan bəziləri:
- «Barselona» «Çelsi»nin yarımmüdafiəçisi Frenk Lempardla maraqlandığı haqda məlumatları təkzib edir.
- «Mançester Yunayted» Fransa yığmasının hücumçusu Nikola Anelkayla maraqlandığını inkar edir.
- «İnter» braziliyalı hücumçu Adrianonun xidmətindən imtina etməyə hazırlaşır. Ehtimal ki, o, «Çelsi»yə keçəcək. Həmçinin məlumat yayılıb ki, Milan klubu Amerika liqasında mövsüm başa çatan kimi Devid Bekhemi icarəyə götürə bilər.
- Madridin «Real» klubu «Liverpul»u qabaqlayaraq «Sevilya»nın müdafiəçisi Daniel Alvesi transfer etməyə hazırlaşır. İspan klubunun rəsmiləri Predraq Miyatoviç və Franko Baldini artıq onunla görüşüblər.
- «Milan»ın baş məşqçisi Karlo Ançelotti əsas heyətdə yer söz vermədiyindən, hücumçu Alberto Cilardino ilə vidalaşmağa hazırdır. Ola bilsin, onu «Barselona»ya təklif edəcəklər. «Milan» «Barselona»dan Ronaldinyonu almaq niyyətindədir.