Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:32

Qırğızıstan müxalifəti Rusiya ilə konfederasiya yaratmağı təklif edir


Qırğızıstanda müxalifət Rusiyayla konfederasiya yaratmaq istəyir, bununla bağlı referendum keçirilməsi üçün imzatoplama kampaniyasına başlayır.


Bu barədə Bişkekdəki mitinqdə «Qırğızıstanın Layiqli Gələcəyi Uğrunda» Birləşmiş Cəbhənin lideri Feliks Kulov məlumat verib. Mitinqə 300-dək adam toplaşıb.


Kulova görə, Rusiyayla ittifaq Qırğızıstana imkan verəcək ki, xalqın birliyini qoruyub saxlasın: «Hakimiyyətin hərəkətləri nəticəsində xalq şimal və cənuba bölünüb».


Rusiyayla konfederasiya bir şərtlə təklif olunur ki, Qırğızıstanın dövlətçiliyi və suverenliyi qorunsun.


XS
SM
MD
LG