Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 08:31

2006-cı ildə dünyada terror qurbanlarının sayı 20 mindən çox olub


2005-ci illə müqayisədə ötən il dünyada terror hadisələrinin sayı 27% artıb
2005-ci illə müqayisədə ötən il dünyada terror hadisələrinin sayı 27% artıb

Ötən il dünyanın 50 ölkəsində 14.300 terror aktı həyata keçirilib. Onların böyük hissəsi İraqın payına düşür. Ekspertlərin rəyinə görə, terror aktları nəticəsində 20 mindən çox adam həlak olub, 54 minə yaxın şəxs isə müxtəlif dərəcədə xəsarət alıb.


Bu göstəricilər iyunun 1-də Rusiya Federasiyası Dövlət Dumasında «Vətəndaş cəmiyyəti institutları cinayətkarlığa qarşı: yeni çağırışlar və təhlükə» mövzusunda keçirilən konfransda səsləndirilib. Bu barədə «İnterfaks» xəbər yayıb.


Konfransda müasir terrorizmin maliyyələşməsi 50 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib. Hazırda planetdə 500 terrorçu və ekstremist təşkilatların fəaliyyət göstərdiyi bildirilir.


2005-ci illə müqayisədə ötən il dünyada terror hadisələrinin sayı 27% artıb.


Konfrans iştirakçıları terror şəbəkələrinin müəyyənləşdirilməsi üçün beynəlxalq hüquqa cavab verən mexanizmin hazırlanmasına diqqəti yönəldiblər. Tədbirə qatılan parlamentarilər terrora yol açan səbəblərin vaxtında aşkarlanmasında və qarşısının alınmasında vətəndaş cəmiyyəti institutlarının mühüm rol oynadığını bildiriblər.


XS
SM
MD
LG