Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 22:34

Murad Ağakişiyev «Qarabağ»la iki illik müqavilə bağlayıb


Azərbaycan futbolunda mövsümlərarası dövrün ən önəmli və bahalı transferlərindən biri reallaşıb. Son mövsümdə İmişlinin «MKT-Araz» klubunun şərəfini qoruyan Murad Ağakişiyev Ağdamın «Qarabağ» klubu ilə iki illik müqavilə bağlayıb. «MKT-Araz»ı azad agent kimi tərk edən hücumçu sabiq komandasına UEFA kubokunun oyunlarında da kömək etməyəcək. O, «Qarabağ»da 10 nömrəli maykanı daşıyacaq.

XS
SM
MD
LG