Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:55

Duma üç illik dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib


Rusiyanın tarixində ilk dəfə olaraq Dövlət Duması mayın 25-də ənənəvi olaraq bir illik yox, üç illik dövlət büdcəsini müzakirə edib. «RİA Novosti»nin məlumatına görə, Duma artıq 2008-2010-cu illər üçün dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib.


Maliyyə naziri Aleksey Kudrinin sözlərinə görə, bu, «uzunmüddətli sabitliyin və Rusiya iqtisadiyyatının diversifikasiyasının» göstəricisidir.


Büdcə layihəsini parlamentə təqdim edən nazir deyib ki, bir ildən sonra hökumət ölkənin 10 illik maliyyə planını də təqdim edəcək. Onun sözlərinə görə, ilk dəfə 2010-cu ildə xərclər gəlirlərlə bərabərləşəcək, başqa sözlə, Rusiya kəsirsiz büdcəyə malik olacaq.


Cənab Kudrin həmçinin deyib ki, ölkə iqtisadiyyatının neft və qazdan asılılığı getdikcə azalmaqdadır. Belə ki, dövlət borcları 2008-ci ildə ən aşağı göstəricidə Ümumi Daxili Məhsulun 8,4 faizini təşkil edəcək.


XS
SM
MD
LG