Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

Polis İran səfirliyi qarşısında piketin qarşısını alıb


Mayın 25-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Lakin çoxsaylı polis dəstələri onların qarşısını səfirliyə çatmamış kəsib və əllərindəki plakatları alıb. Beş aksiyaçı saxlanıb, sonradan onlara xəbərdarlıq edilərək buraxıblar.
AMİP-çilər piketi İran azərbaycanlılarının mədəni və milli hüquqlarının pozulmasına etiraz olaraq keçirmək istəyiblər. Piketin qətnaməsində həbs edilmiş fəalları azad etmək, İran azərbaycanlılarının ölkə Konstitusiyasında və beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarını tanımaq tələbləri əks olunub.

XS
SM
MD
LG