Ukraynanın baş naziri Viktor Yanukoviç bildirib ki, prezident Yuşenkonun baş prokuroru vəzifəsindən azad etməsi qanunsuzdur.
O, televiziya ilə xalqa müraciətində deyib ki, Piskunun vəzifəsindən çıxarılması faciəli nəticələrə gətirib çıxara bilər. Bununla belə, o hökumətin anarxiya və vətəndaş müharibəsinə yol verməyəcəyini deyib.
Prezident Yuşenko Piskunun müdafiəsi üçün xüsusi təyinatlıları onun ofisinə göndərmiş daxili işlər nazirini cinayətdə ittiham edib.
Ukrayna prezidenti Piskunun vəzifəsindən azad edilməsini onunla əsaslandırmışdı ki, o, baş prokuror ola-ola deputat mandatından imtina etməyib.
Piskun isə işdən çıxarılmasını Konstitusiya Məhkəməsinin hakimlərinə qarşı qaldırılmış işə xitam verməsi ilə əlaqələndirir.