Rusiyanın Kemerovo vilayətində mayın 26-ı «Yubileynaya» şaxtasında faciə ilə əlaqədar matəm elan olunub.
Mayın 24-də səhər şaxtada metan partlayışı olub. 38 nəfər həlak olub, 179 adam xilas edilib.
Texniki Nəzarət üzrə Federal Xidmətin («Rostexnadzor») mütəxəssisləri qəzanın səbəblərinin araşdırılmasına başlayıblar. İdarə «Yubileynaya» şaxtasının mənsub olduğu «Yujkuzbassuqol» şirkətinin lisenziyasının alınmasının mümkünlüyünü istisna etməyib.
Bu ilin martında «Ulyanovskaya» şaxtasında partlayış nəticəsində 100-dən çox mədən fəhləsi həlak olub. Həmin şaxta da «Yujkuzbassuqol» şirkətinə mənsubdur.