Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 21:57

«Despotik mövqeyin göstəricisi»


Mikloş Haraşti hökuməti qəzetlərin fəaliyyətini bərpa etməyə çağırıb
Mikloş Haraşti hökuməti qəzetlərin fəaliyyətini bərpa etməyə çağırıb

ATƏT-in Mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti «Gündəlik Azərbaycan və «Realnıy Azerbaydjan» qəzetlərinin ofislərindən çıxarılmasına və bu qəzetlərin həbsdə olan redaktoru Eynulla Fətullayevə qarşı yeni ittiham elan olunmasından narahatlığını bildirib.


Haraşti deyib ki, «Azərbaycanın ən populyar qəzetlərinin ofislərindən çıxarılması onların fəaliyyətini iflic edib. Bu, müstəqil jurnalistikanın işinə son qoymaq istiqamətində aparılan kampaniyanın tərkib hissəsidir».


Mikloş Haraşti onu da deyib ki, qəzetlərin ofislərindən çıxarılmasından sonra MTN əməkdaşlarının onun arxivində axtarış aparması despotik mövqeyin göstəricisidir. «Bu da müstəqil mediaya qarşı əvvəllər də müşahidə olunan qərəzli münasibətin davamıdır».


Haraşti Azərbaycan hakimiyyətini azad mətbuatın təqibinə son qoymağa, «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin işini bərpa etməsini təmin etməyə çağırıb.


Eynulla Fətullayev aprelin 20-də Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) təqsirləndirilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun təsisçisi olduğu qəzetlərin ofisi isə mayın 20-də möhürlənib. Hazırda jurnalistə qarşı Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb.


XS
SM
MD
LG