Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, Kür çayında suyun səviyyəsi 6,5 metrə çatıb. Dağlarda qarın əriməsi mayın 14-dən başlayaraq Kürdə suyun səviyyəsinin artmasına səbəb olub. Nazirliyin məlumatına görə, hazırda çaydan saniyədə 1600 kubmetr su axır.
Çayqırağı yaşayış məntəqələri üçün yaranacaq təhlükəni aradan qaldırmaq üçün Mülki Müdafiə qoşunları hadisə yerində dərhal işə başlayıblar. Salyan rayonunun bir sıra kəndlərində sahilbərkitmə işləri aparılıb.