Mayın 23-dən 25-dək Bakıda Xəzər dənizində ətraf mühitin mühafizəsi üzrə Çərçivə Konvensiyasının açılış konfransı keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən «Azadlıq» radiosuna verilən məlumata görə, konfransın ilk iki günü Xəzər dənizi hövzəsində ətraf mühitin mühafizəsilə bağlı beş sahilyanı ölkənin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. Daha sonra müzakirələr nazirlər səviyyəsində davam etdiriləcək. Tədbirin sonunda birgə sənədin imzalanacağı gözlənir.