Keçid linkləri

2025, 26 Aprel, şənbə, Bakı vaxtı 02:44

«Gündəlik Azərbaycan» qəzetinin işıqları söndürülüb


FHN əməkdaşları redaksiyanın boşaldılmasını tələb ediblər
FHN əməkdaşları redaksiyanın boşaldılmasını tələb ediblər

Mayın 18-i axşamdan «Gündəlik Azərbaycan» qəzetinin işıqları söndürülüb.


Qəzetin şef redaktoru Şahvələd Çobanoğlu deyir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Təhlükəsizlik Xidmətinin əməkdaşları qəzet redaksiyasına baxış keçirib, yanğın təhlükəsizliyi ilə bağlı redaksiyada xeyli problemlərin olduğu bildirilib.


Sonra nümayəndələr redaksiyanın boşaldılmasını tələb ediblər.


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları «Azadlıq» radiosuna deyiblər ki, onlara müraciət edilib, binanın beton konstruksiyalarından nümunələr götürüblər, həmin nümunələr laboratoriyada yoxlanmalıdır.


Qəzetin şef redaktoru Şahvələd Çobanoğlu isə bunu qəzetə qarşı təzyiq hesab edir. Deyir ki, məqsəd qəzet redaksiyasını bu binadan çıxarmaqdır.


XS
SM
MD
LG