Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:12

«Playboy» gürcü dilində


Gürcüstan 24-cü ölkədir ki, «Playboy»un dövlət dilində nəşrinə razılıq alıb
Gürcüstan 24-cü ölkədir ki, «Playboy»un dövlət dilində nəşrinə razılıq alıb

Mayın 18-də dünyada məşhur olan «Playboy» jurnalının gürcü dilində versiyası satışa çıxarılıb. Jurnalın Tbilisinin «Night Office» adlanan klubunda təqdimatı olub.


Nəşrin baş redaktoru Niko Nerqadze deyib ki, gürcücə «Playboy»un birinci sayı 132 səhifədir, tirajı isə hələlik 25 nəzərdə tutulub.


Gürcüstan 24-cü ölkədir ki, «Playboy»un dövlət dilində nəşrinə razılıq alıb. Ayda bir dəfə işıq üzü görəcək dərginin qiyməti 5 laridir.


Nerqadze jurnalın satışa çıxarılmasından sonra ictimai fikirdə narazılıqların yaranacağını istisna etməyib: «Yəqin ki, hər hansı etiraz olacaq, amma radikal heç nə gözləmirik».


Kişilər üçün nəzərdə tutulan «Playboy» 1953-cü ildə amerikalı psixoloq və jurnalist Hyu Höfner tərəfindən təsis edilib. Təsisçi özü də ilk baş redaktor olub.


«Playboy» heç də pornoqrafik nəşr sayılmasa da, bir sıra ölkələrdə onun yayımlanması yasaq edilib. Bu ölkələr sırasına Hindistan, Malayziya, Tailand, Sinqapur, Burney, İran, Pakistan və demək olar ki, bütün müsəlman ölkələri daxildir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG