Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:41

Rafiq Əliyev 18 ay nə üçün həbsdə saxlanıldığını bilmir


Vəkillər cinayət işinin icrasına xitam verilməsi ilə bağlı təkrar vəsatət qaldırıblar
Vəkillər cinayət işinin icrasına xitam verilməsi ilə bağlı təkrar vəsatət qaldırıblar

Mayın 17-də keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, qardaşı Rafiq Əliyevin və digər 17 nəfərin işi üzrə məhkəməyə hazırlıq iclası davam edib. İclasa sədrlik edən hakim Tofiq Paşayev vəkillərin vəsatətlərinə münasibət bildirib. Jurnalistlərin və təqsirləndirilən şəxslərin qohumlarının prosesdə iştirakına şərait yaradılacağına söz verib.


ANS xəbər verir ki, Rafiq Əliyevin vəkili Fuad Ağayev müdafiə etdiyi şəxsin istintaq zamanı qanun pozuntuları ilə üzləşdiyini bildirib.


«Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev bildirib ki, saxlandığı gündən bəri ifadə vermək istəsə də, onu dinləyən olmayıb. Cənab Əliyev cinayət işinə əlavə edilən ekspertiza aktları, əsasən də özəlləşdirmə çekləri ilə bağlı aktların saxta olduğunu iddia edib. Onun sözlərinə görə, çeklərin sayı ilə məbləği arasında təzadlar var. Təqsirləndirilən şəxsin fikrincə, məbləğ düz göstərilməyib. O, 18 ay nə üçün saxlanıldığını hələ də bilmədiyini deyib.


Rafiq Əliyev vergidən yayınması haqqında irəli sürülən ittihamlara da aydınlıq gətirib: «Mən heç vaxt vergidən yayınmamışam. Tabeliyimdə olan şəxslərə də belə bir göstəriş verməmişəm. Vergilər Nazirliyi iki dəfə «Azpetrol» şirkətini məhkəməyə versə də uduzub», - deyən Rafiq Əliyev onunla birlikdə müttəhimlər kürsüsündə əyləşənlərin heç bir günahı olmadığını söyləyib: «Qoy xalq görsün ki, biz nə oğru, nə də qulduruq».


Günün ikinci yarısı Fərhad Əliyevin vəkilləri Elton Quliyev və Ramiz Məmmədov onun barəsindəki cinayət işinin icrasına xitam verilməsi ilə bağlı təkrar vəsatət qaldırıblar. Təqsirləndirilən bir sıra digər şəxslərin vəkilləri də oxşar vəsatətlər qaldırıblar. Məhkəmə iclası davam edir.


İş üzrə təqsirləndirilən Fərhad Əliyev, Rafiq Əliyev və İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG