Mayın 17-də «Gündəlik Azərbaycan və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin anası hədələnib. Jurnalistin evinə zəng edən naməlum şəxslər Fətullayevin əvvəlki fikirlərini həbsxanada da davam etdirdiyini və belə gedərsə, onu cəzaçəkmə müəssisəsində öldürəcəklərini bildiriblər.
Bu dəqiqələrdə Redaktorlar Birliyinin toplantısında bu məsələ müzakirə edilir. Birliyin Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayacağı, ondan məsələnin araşdırılmasını xahiş edəcəyi gözlənir.
«Gündəlik Azərbaycan və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev ötən ayın 20-də iki il yarım müddətinə həbs olunub. O, böhtan atmaqda ittiham edilir.