Prezident İlham Əliyevin mayın 14-də imzaladığı sərəncamla Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Ramiz Əyyub oğlu Quliyev «Şöhrət» ordeni ilə təltif edilib.
Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
Dünyanın əksər ölkələrində konsertlər verib, bir çox beynəlxalq diplomlara və mükafatlara layiq görülüb.