Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 09:00

Elmar Məmmədyarov Pərviz Müşərrəflə görüşəcək


Xarici İşlər naziri Elmar Məmmədyarovun prezident Pərviz Müşərrəflə görüşü mayın 15-də olacaq
Xarici İşlər naziri Elmar Məmmədyarovun prezident Pərviz Müşərrəflə görüşü mayın 15-də olacaq

Mayın 14-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 34-cü sessiyasında iştirak etmək üçün Pakistana yollanıb. Şurasının sessiyası İslamabadda mayın 15 və 17-də keçiriləcək. Bu barədə «Novosti-Azerbaydjan»a Azərbaycanın Pakistandakı səfirliyinin üçüncü katibi Sabir Rzayev məlumat verib.


Cənab Rzayev tədbirin açılış mərasimində Pakistan prezidenti Pərviz Müşərrəfin iştirak edəcəyini bildirib.


Diplomatın sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Pakistanın rəsmi şəxsləri, o cümlədən mayın 15-də prezident Pərviz Müşərrəflə görüşü gözlənilir.


Hazırda İKT-nin Xarici İşlər Nazirləri Şurasına Azərbaycan sədrlik edir. İslamabad sessiyasına qurumun sədrliyi Pakistana keçəcək.


XS
SM
MD
LG