Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:27

Rasim Qaraca: «Yazıçının həbsi üçün heç bir hüquqi əsas yoxdur»


Yazıçı Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu dərhal azadlığa buraxılsın.


Yazıçı və redaktorun Hüquqlarını Müdafiə Komitəsinin tələbi budur.


Komitənin üzvlərindən biri Rasim Qaraca deyir ki, yazıçının həbsi üçün heç bir hüquqi əsas yoxdur, bu, Azərbaycanın Konstitusiyası ilə ziddiyyət təşkil edir.


«Biz məhkəmə orqanlarının heç bir dəlil-sübuta əsaslanmadan, zorakı qaydada azadlıqdan məhrumetmə cəzası çıxarmasının şahidiyik. Eyni zamanda yazıçının bir məqaləyə görə həbsi demokratik dövlət quruculuğuna ziddir. Bu cür addım dövlətimizə zərbə vurur» - deyə, Müdafiə Komitəsinin müraciətində bildirilir.


Bu il mayın 4-də yazıçı Rafiq Tağı 3 il, Samir Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb ötən il yazıçının «Sənət» qəzetində dərc olunmuş, islam dinindən bəhs edən «Avropa və biz» məqaləsi olub.


XS
SM
MD
LG