Gəncədə jurnalistlərin «AB» qrip virusuna qarşı peyvənd olunmasına başlanıb. Şəhər Səhiyyə İdarəsi əhali ilə daha çox ünsiyyətdə olan sosial qrupları müəyyənləşdirib. Bu qrupa jurnalistlərlə yanaşı ictimai nəqliyyat sürücüləri, səhiyyə, polis, icra hakimiyyəti işçiləri daxildirlər. Həkimlər deyir ki, qrupa daxil olan şəxslər xəstələnərsə, onda yoluxucu virusun daha geniş yayılma ehtimalı artır.
Vaksin «İnflufak» adlanır. Preparatın 1 ampluası 12 dollardır. Dərman qripə qarşı bir illik immunitet yaradır. İndiyə kimi 300-ə yaxın şəxs peyvənd edilib. Kampaniya pulsuzdur və könüllü əsasda keçirilir.