Bakının Abşeron rayonunda təbliği və yayılması qadağan olunmuş ədəbiyyatı yayan qrup aşkarlanıb. Bu haqda «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, saxlanılanlardan üç nəfər polis bölməsinə aparılıb və onlara xəbərdarlıq edilib.